DÜNYA


Gürcüstanda son il yarım ərzində ilk dəfə koronavirusdan ölüm faktı qeydə alınmayıb

Gürcüstanda son il yarım ərzində ilk dəfə koronavirusdan ölüm faktı qeydə alınmayıb

Tbilisi, 7 aprel, AZƏRTAC

Gürcüstanda son il yarım ərzində ilk dəfə koronavirusdan ölüm faktı qeydə alınmayıb.

AZƏRTAC xəbər verir ki, Gürcüstan hökumətinin rəsmi “stopcov.ge” saytında aprelin 7-də yerləşdirilmiş məlumatda son sutkada 22 600 nəfərin test olunduğu, 324 nəfərdə isə koronavirusa yoluxma faktının qeydə alındığı deyilir.

Son sutkada ölüm faktı qeydə alınmayıb.

Bildirilir ki, ölkədə koronavirusdan ölənlərin ümumi sayı 16 765 nəfər təşkil edir. Koronavirusa yoluxanların ümumi sayı isə 1 650 708-ə çatıb. Onların da 1 629 987-si müalicə olunaraq sağalıb. Hazırda ölkədə 3930 aktiv koronavirus xəstəsi var. Onlardan 426-sı xəstəxanalarda, 3504-ü isə müalicəsini evdə davam etdirir.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.