DÜNYA


Gürcüstanda son sutkada 45 nəfər pandemiyanın qurbanı olub

Tbilisi, 28 oktyabr, AZƏRTAC

Gürcüstanda koronavirusa yoluxma halları yenidən artıb. Son sutkada ölkədə daha 4 009 nəfər koronavirusa yoluxub, 5 177 nəfər müalicə olunaraq sağalıb, 45 pandemiyanın qurbanı olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin rəsmi stopgov.ge saytında məlumat yerləşdirilib.

Bildirilir ki, bununla da ölkədə COVID-19 infeksiyasına yoluxanların ümumi sayı 707 290-a, sağalanların sayı 647 878-ə, ölənlərin sayı isə 9 918-ə çatıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.