CƏMİYYƏT


Gürcüstanda soydaşlarımızın Azərbaycan dilində təhsil aldığı 120 məktəb var

Tbilisi, 12 sentyabr, AZƏRTAC

Gürcüstanda soydaşlarımızın Azərbaycan dilində təhsil aldığı 120 orta məktəb var. Onlardan 80-i sırf Azərbaycan dilli məktəbdir. Qalan 40 məktəbdə isə Azərbaycan bölmələri fəaliyyət göstərir.

AZƏRTAC xəbər verir ki, bu fakt Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin Təhsilin İdarəolunması üzrə İnformasiya Sistemi Mərkəzinin mətbuata məlumatında yer alıb.

Bildirilib ki, illik müqayisədə Gürcüstanın ictimai məktəblərində Azərbaycan bölmələrinin sayı artıb.

2018-2019-cu tədris ilində Gürcüstanda Azərbaycan bölmələrinin sayı 38 olub. Bu il isə onların sayı 40-a çatıb.

Növbəti illərdə azərbaycandilli məktəb və bölmələrin sayının artacağı istisna edilmir.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.