DÜNYA


Gürcüstanda tərkibində zərərli maddələr çox olan yanacaq idxal edən və satan şirkətlər ciddi cəzalandırılacaqlar

Tbilisi, 6 dekabr, AZƏRTAC

Gürcüstanda yanacaqdoldurma məntəqələrində benzin və dizel yanacağının tərkibinin (əsasən qurğuşunun miqdarı), atmosferə buraxılan zəhərli qazların miqdarının öyrənilməsinə başlanılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, Nazirliyin ətraf mühitə nəzarət departamentinin əməkdaşları ölkə üzrə 240 yanacaqdoldurma məntəqəsindən nümunələr götürəcəklər. Yoxlamalar heç kimə xəbərdarlıq edilmədən aparılacaq və götürülmüş nümunələr beynəlxalq arenada tanınmış laboratoriyalarda yoxlanılacaq.

Bu cür yoxlamaların məqsədi ölkəyə keyfiyyətsiz yanacaq idxalını azaltmaq və ətraf mühitin mühafizəsini təmin etməkdir.

Nümunə üçün götürülmüş yanacağın tərkibində zərərli maddələrin miqdarının normadan artıq olduğu aşkarlandığı halda həmin yanacağı satan şirkət 8 min lari (təxminən 3 min dollar) cərimə olunacaq. Bu cür yanacağı idxal edən şirkət isə 10 min lari (3 min 700 dollar) məbləğində cərimə ediləcək.

Bildirilir ki, 2019-cu il yanvarın 1-dən tətbiq olunacaq qaydalara əsasən, dizel yanacağının tərkibində qurğuşunun miqdarı 50 milliqramdan çox olmamalıdır.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.