DÜNYA
Gürcüstanda turistləri qarət edən Ermənistan vətəndaşları saxlanılıb
Tbilisi, 29 mart, AZƏRTAC
Gürcüstanda turistləri qarət edən 10 nəfərdən ibarət cinayətkar dəstənin üzvləri saxlanılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, saxlanılan şəxslərin üçü Ermənistan vətəndaşıdır. İstintaqla müəyyən olunub ki, həmin şəxslər hədə qorxu gəlmə, fiziki güc tətbiq etmə, psixoloji təzyiq və digər qanuna zidd əməllərlə turistlərdən pul tələb edib, onların pul və qiymətli zinət əşyalarını əllərindən alıblar. Onlar bu cinayət əməllərini əsasən gecə klubları və barlarda həyata keçiriblər.
Tbilisidəki “Royal” klubda keçirilən axtarış zamanı cinayət yolu ilə turistlərdən zorla alınmış 980 lari, 2700 ABŞ dolları, 1800 avro, 64500 rubl, 500 İsveçrə frankı, 712 Ərəb dirhəmi, 3500 Avstraliya dolları, eləcə də bank kartları, mobil telefonlar və digər əşyalar maddi sübut kimi götürülüb.
Saxlanılan şəxsləri yeddi ildən 10 ilədək həbs cəzası gözləyir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi