DÜNYA


Gürcüstanda uran radioaktiv maddəsinin satışının qarşısı alınıb

Tbilisi, 13 mart, AZƏRTAC

Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti (DTX) Acarıstan Muxtar Respublikasının Kobuleti şəhərində radioaktiv maddə satmağa cəhd edən iki nəfərin saxlanılması ilə bağlı açıqlama verib.

AZƏRTAC DTX-nin yaydığı məlumata istinadla xəbər verir ki, saxlanılan iki nəfər nüvə materialı olan uran maddəsini 2 milyon 800 min dollara satmağa cəhd ediblər. Həmin şəxslərdən götürülən 40,19 qram radioaktiv maddənin uran-238 izotopu olması ekspertiza ilə təsdiq edilib. Götürülən maddə insan həyatı üçün ciddi təhlükə mənbəyidir.

Faktla bağlı araşdırma aparılır.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.