DÜNYA


Gürcüstanda vaksinin üçüncü dozasının vurulması üçün tələb olunan müddət azaldılır

Tbilisi, 7 dekabr, AZƏRTAC

Gürcüstanda koronavirus əleyhinə vaksinin üçüncü – “buster” dozasının vurulması üçün tələb olunan müddət azaldılır.

AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi qərar qəbul edib.

Qərara əsasən koronavirus əleyhinə vaksinin üçüncü – “buster” dozasının vurulması üçün tələb olunan müddət 6 aydan 5 aya endirilib.

Bildirilir ki, Çində istehsal edilən vaksinlə peyvənd olunan şəxslər üçüncü dozanı ən azı 3 ay keçdikdən sonra qəbul edə bilərlər.

Ölkədə qüvvətləndirici doza kimi qəbul edilən peyvənd və ya digər preparatdan da istifadə etmək mümkün olacaq.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.