DÜNYA


Gürcüstanda yanacağın qiymətinin bahalaşacağı gözlənilir

Tbilisi, 9 sentyabr, AZƏRTAC

Cari ilin avqust ayında Gürcüstanda yanacağın qiymətinin bahalaşması qiymətlərdə son hədd olmayacaq. Yaxın aylarda istehlakçılar yanacağı daha baha qiymətə alacaqlar.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Neft İxracatçıları Birliyi məlumat yayıb.

Birliyin məlumatına görə, yanacağın bahalaşmasına dünya bazarındakı qiymət artımı səbəb olacaq.

Bildirilib ki, koronavirus pandemiyasının tədricən sovuşması və iqtisadiyyatın inkişafı artıq neft məhsullarının qiymətinə təsir edir. Dünya bazarında neft məhsullarının qiyməti artır və bu da təbii ki, Gürcüstandan yan keçmir.

Məlumat üçün bildirilir ki, hazırda ölkədə yanacağın qiyməti 1,79-1,81 və 1,97-2,06 lari arasında dəyişir.

Avqust ayında yanacaqdoldurma məntəqələrində yanacağın qiyməti 20-25 və 40-50 lari bahalaşıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.