RƏSMİ SƏNƏDLƏR


Gürcüstanda yaşayan bir qrup azərbaycanlı din xadimlərindən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident,

Biz, Gürcüstanda yaşayan bir qrup azərbaycanlı din xadimləri Azərbaycanın ərazi bütövlüyünün bərpası və işğal olunmuş ərazilərinin erməni silahlı birləşmələrindən təmizlənməsi uğrunda sentyabrın 27-dən başlayan Vətən müharibəsini çox diqqət və həyəcanla izləyirik. Uzun illərdən bəri daim atəşkəsi pozan və sülh danışıqlarına əməl etməyən düşmənlə başqa dildə danışmağın mümkün olmadığını iyul ayında Tovuz rayonuna namərdcəsinə edilən hücumdan sonra bizlər də gördük.

Gürcüstanda yaşayan soydaşlarımızın qəlbi bu gün Azərbaycanla, Azərbaycan əsgəri ilə birgə döyünür. Biz başqa ölkənin vətəndaşı olsaq da, milliliyimiz və milli dövlətimiz üçün Sizin hər bir çağırışınıza hazırıq. 30 illik həsrətin bitəcəyinə inanırıq. Gürcüstandakı soydaşlarımız Sizinlə həmrəydirlər, hər zaman ana Vətənimizə dəstək verməyə, Sizinlə bir səngərdə olmağa hazırdırlar. İnşallah, tezliklə Azərbaycan xalqı Qarabağda qələbə çalacaq, sülh və ədalət bərqərar olacaqdır.

Möhtərəm cənab Prezident, Sizin daim təmkinlə söylədiyiniz “Azərbaycan güclü dövlətdir və Azərbaycanın güclü ordusu var” ifadəsi bu gün hər bir azərbaycanlı üçün qürur mənbəyinə çevrilib. Vətən müharibəsinin getdiyi bu dönəmdə bir daha əmin olduq ki, belə bir güclü ordu Sizin kimi qətiyyətli Müzəffər Ali Baş Komandanın dəqiqliklə yürütdüyü hərbi quruculuq siyasəti sayəsində ərsəyə gəlib.

İnanırıq ki, Sizin qətiyyətli siyasətiniz uğurla nəticələnəcək, tezliklə torpaqlarımız azad ediləcək. Bu gün Azərbaycanın ərazi bütövlüyünün təmin olunması bizim qürurumuz və müqəddəs borcumuzdur.

Dualarımız Sizinlədir, müzəffər Ordumuzladır. Qarabağda dalğalanacaq Azərbaycan bayrağı naminə canından keçən hər bir şəhidimizə Allahdan rəhmət diləyirik! Allah yaralılarımıza tezliklə şəfa versin.

Şanlı Azərbaycan Ordusuna eşq olsun! Allah Sizi daim müzəffər eləsin!

Hörmətlə,

 

Hacı Əli Əliyev, Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan üzrə səlahiyyətli nümayəndəsi

Hacı Eldəniz Sadıqov, Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan nümayəndəliyinin əməkdaşı

Əxmədov İfrət, Bolnisi rayonunun baş axundu

Əhmədov Elsevər, Bolnisi rayonu Dəllər kəndinin axundu

Şərifov Sabin, Faxralı kənd məscidinin axundu

Əliyev Çingiz, Ağammədli kənd məscidinin axundu

Mamedov Mir Əli, Xancıxazdlı kənd məscidinin axundu

Quliyev Mahir, Goraxı kənd məscidinin axundu

Sadiqov Mübariz, Bəylər kənd məscidinin axundu

Hacıyev Fəxrəddin, Marneuli rayonu Təkəli kənd məscidinin axundu

Şəmşiyev Tofik, Beytarafçı kəndinin imamı

Məmmədov Azər, Qrıxlı kənd məscidinin axundu.

Gürcüstan, Bolnisi və Marneuli rayonları.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin