DÜNYA


Gürcüstanda yayılmış qrip virusunun 95 faizini “donuz qripi” təşkil edir

Tbilisi, 3 yanvar, AZƏRTAC

Gürcüstanda qrip virusu geniş yayılıb. Son statistik məlumatlara görə, orta hesabla hər 100 min nəfərdən 276-sı qripdən əziyyət çəkir.

AZƏRTAC xəbər verir ki, bu məlumatı Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin direktoru Amiran Qamkkrelidze açıqlayıb. O deyib ki, Gürcüstanda yayılmış qrip virusunun 95 faizini H1N1 virusu - “donuz qripi” təşkil edir.

Amiran Qamkkrelidzenin sözlərinə görə, “donuz qripi”ndən ölənlərin sayı 6 nəfərə çatıb. Ölüm faktlarının 4-ü Acarıstan Muxtar Respublikasında, 1-i Tbilisidə, 1-i isə Kutaisidə qeydə alınıb.

Yanvarın 3-də Qori şəhərində daha bir qrip xəstəsi dünyasını dəyişib. İlkin məlumata görə, qadının ölümünə virusun ağır forması səbəb olub. Onun “donuz qripi”ndən ölməsi faktı ekspertizadan sonra məlum olacaq.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.