DÜNYA


Gürcüstanda yeni dəniz limanı istifadəyə verilib

Tbilisi, 29 yanvar, AZƏRTAC

Gürcüstanın Poti şəhərində yeni dəniz limanı istifadəyə verilib.

AZƏRTAC xəbər verir ki, açılış mərasimində Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, hökumət üzvləri və diplomatik korpusun nümayəndələri iştirak ediblər.

Baş nazir çıxışında deyib ki, yeni liman “PACE Group” şirkəti və ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyası (DFC) tərəfindən birgə inşa olunub.

Onun sözlərinə görə, “Poti Yeni Dəniz Limanı” Gürcüstanın dəniz sektorunda indiyədək reallaşdırılmış ən iri layihələrdən biridir. Layihənin dəyəri əvvəlcə 90 milyon ABŞ dolları məbləğində müəyyənləşsə də, sonradan bu rəqəm 120 milyon ABŞ dollara qədər artıb. Vəsaitin 50 milyon dollarını DFC ödəyib.

Bildirilib ki, 25 hektar sahədə yerləşən yeni limanın yükaşırma qabiliyyəti ildə 2,5 milyon ton quru yük və 100 min TEU tipli konteynerdən ibarət olacaq.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.