DÜNYA


Gürcüstanda yeni qazlaşdırılacaq bölgələr də Azərbaycan mavi yanacağı ilə təmin olunacaq

Gürcüstanda yeni qazlaşdırılacaq bölgələr də Azərbaycan mavi yanacağı ilə təmin olunacaq

Tbilisi, 29 yanvar, AZƏRTAC

Bu il Gürcüstanda 150-dək kəndin qazlaşdırılması nəzərdə tutulur. Plana əsasən, 26 mindən çox əlavə abonent təbii qaz almaq imkanı əldə edəcək. Yeni qazlaşdırılacaq bölgələr Azərbaycandan alınacaq təbii qazla təmin olunacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın hökumət administrasiyasında ölkənin 2030-cu ilədək inkişaf strategiyası layihəsi ilə bağlı aparılan müzakirələr zamanı məlumat verilib.

Baş nazir İrakli Qaribaşvilinin iqtisadiyyat və davamlı inkişaf naziri, onun müavinləri ilə görüşündə müzakirə olunan məsələlər arasında ölkənin müxtəlif bölgələrinin qazlaşdırılması da diqqət mərkəzində olub.

Qeyd edək ki, Azərbaycan Gürcüstanın təbii qazla təmin olunmasında müstəsna rol oynayır. Hazırda Gürcüstanın istehlak etdiyi təbii qazın təqribən 90 faizi Azərbaycandan alınır.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.