DÜNYA


Gürcüstanda yerli bələdiyyələrə seçkilərin ikinci turu oktyabrın 30-da keçiriləcək

Tbilisi, 16 oktyabr, AZƏRTAC

Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) oktyabrın 2-də yerli özünüidarəetmə orqanlarına və bəzi şəhərlərin meri vəzifəsinə keçirilən seçkilərin son nəticələrini açıqlayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə MSK-nın mətbuat katibi Natia İoseliani məlumat verib.

Onun sözlərinə görə, oktyabrın 1-də keçirilən seçkilərdə paytaxt Tbilisi də daxil olmaqla 20 şəhər və 42 yerli majoritar dairədə namizədlər istənilən səs faizini toplaya bilməyiblər. Ona görə də bu dairələrdə səsvermənin ikinci turu təşkil olunacaq.

MSK-nın qərarına əsasən səsvermənin ikinci turu oktyabrın 30-da keçiriləcək.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.