CƏMİYYƏT


Gürcüstandakı Azərbaycan icmasının fəalları ermənilərin növbəti təxribatı ilə əlaqədar bəyanat yayıblar

Tbilisi, 19 yanvar, AZƏRTAC

Gürcüstanda fəaliyyət göstərən 70-ə yaxın qeyri-hökumət təşkilatı (QHT) ermənilərin bu ölkədə törətmək istədiyi təxribatla əlaqədar bəyanat yayıb.

Bu barədə AZƏRTAC-a Gürcüstan Azərbaycanlıları İnteqrasiya Mərkəzinin icraçı direktoru, Azərbaycan Yazıçılar Birliyinin Gürcüstan bölməsinin rəhbəri Rafiq Hümbət məlumat verib.

Onun sözlərinə görə, ABŞ-da təsis olunmuş və dünyanın bir sıra ölkələrində fəaliyyət göstərən “Çoxşaxəli Diplomatiya İnstitutu”nun Gürcüstandakı filialının “Facebook” səhifəsində “Artsax beynəlxalq həmrəyliyi” adlı tədbirin keçirilməsi barədə elanı bu ölkədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının ciddi etirazına səbəb olub.

QHT-lər ermənilərin və ermənipərəst qüvvələrin bu planı ilə əlaqədar bəyanat qəbul ediblər.

Bəyanatda deyilir: “Onlayn xeyriyyə konserti qismində bəyan edilmiş bu aksiyanın təşkilatçıları onu bütün Azərbaycan xalqı üçün matəm günü olan 1990-cı ilin Qara Yanvar faciəsinin 31-ci ildönümü günü 2021-ci il 20 yanvar tarixinə planlaşdırıblar. Bundan əlavə, tədbirin əsas məqsədi barədə məlumat verərək, onlar Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü şübhə altına salmağa, 2020-ci il 27 sentyabr tarixində Ermənistanın 30 ilə yaxın işğal etdiyi Azərbaycan ərazilərinin ilhaqına yönəlmiş barışmaz mövqeyi səbəbindən alovlanan müharibəyə dair reallıqdan uzaq, təhrif edilmiş izahat verməyə çalışırlar”.

Bundan əlavə, bəyanatda münaqişənin tarixi, ermənilərin işğalçılıq siyasəti barədə ətraflı bəhs olunur.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.