DÜNYA


Gürcüstandakı Van mağara kompleksi turistlər üçün bağlanıb

Tbilisi, 11 oktyabr, AZƏRTAC

Gürcüstanda turistlərin ən çox üz tutduqları tarixi mədəni abidələrdən biri olan Van Mağara Kompleksi turistlər üçün bağlanıb.

Kutaisi yaxınlığında olan Van Manastır Mağara Kompleksi təhlükəsizlik baxımından ziyarətçilər üçün bağlanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın İrsin Mühafizəsi Milli Agentliyinin direktoru Nikolaz Antidze məlumat verib.

O deyib ki, Van Monastır Kompleksində qəzalı vəziyyət yaranıb. İnsanlar hər zaman mağaradakı daşların uçma təhlükəsi ilə üzləşirlər. Milli Agentlik turistlərin təhlükəsizliyini təmin etmək məqsədilə mağara kompleksini bağlamaq barədə qərar qəbul edib.

Onun sözlərinə görə, Gürcüstan hökuməti mağara kompleksinin təmir və bərpasına vəsait ayırıb.

Amma təmir-bərpa işlərinin nə vaxt başa çatdırılacağı hələlik məlum deyil.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.