CƏMİYYƏT


Gürcüstandakı azərbaycanlılara yardım kampaniyası keçiriləcək

Tbilisi, 9 aprel, AZƏRTAC

Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı bu ölkədəki soydaşlarımıza və vətəndaşlarımıza ərzaq yardımı kampaniyası keçiriləcək.

Azərbaycanın Gürcüstandakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, aprelin 9-dan başlayacaq kampaniya Gürcüstandakı Azərbaycanlı İş Adamları Birliyində (AZEBİ) təmsil olunan şirkətlərin dəstəyi ilə reallaşacaq.

Kampaniya çərçivəsində Gürcüstanda yaşayan azərbaycanlılara və bu ölkədə müvəqqəti olan Azərbaycan vətəndaşlarına yardım ediləcək.

Ümumilikdə 1000 ailəyə ərzaq məhsulları təqdim olunacaq.

Qida məhsulları mərhələli şəkildə paytaxt Tbilisi şəhəri ilə yanaşı, azərbaycanlıların sıx yaşadıqları Marneuli və Bolnisi rayonları, Kaxeti və digər bölgələrdə paylanılacaq.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.