REGİONLAR


Gürcüstandan Bakıya gələn avtomobilin aşması nəticəsində 5 nəfər yaralanıb

Hacıqabul, 19 sentyabr, Mahir Babayev, AZƏRTAC

Hacıqabul rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Bakı-Qazax magistralının 145-ci kilometrliyində Hacıqabul rayonunun Qarasu qəsəbəsi ərazisində qeydə alınıb.

Gürcüstandan Bakıya gedən “Honda” markalı avtomobilin ön təkərinin partlaması nəticəsində avtomobil yoldan çıxaraq aşıb. Qəza nəticəsində avtomobildə olan bir ailənin 5 üzvü müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Yaralılara hadisə yerində təcili tibbi yardım briqadası tərəfindən yardım göstərilib. Avtomobil yararsız hala düşüb.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.