DÜNYA


Gürcüstandan Rusiya və Türkiyəyə gedən avtomobil yolları bağlanıb

Gürcüstandan Rusiya və Türkiyəyə gedən avtomobil yolları bağlanıb

Tbilisi, 6 fevral, AZƏRTAC

Gürcüstanda yağan leysan yağışları və güclü qar səbəbindən ciddi problemlər yaranıb.

Gürcüstandan Rusiya və Türkiyə sərhədlərinə gedən yollarda bütün növ avtomobillərin hərəkəti dayandırılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Avtomobil Yolları Departamentindən məlumat verilib.

Bildirilir ki, güclü yağış və qar nəticəsində yollar buz bağlayıb, torpaq sürüşməsi və qar uçqunu təhlükəsi artıb, görmə məsafəsi 1-2 metrə qədərdir.

Hazırda Rusiya sərhədinə gedən Mtsxeta-Stepandtsminda – Lars avtomagistralının Qudauri-Kobi hissəsində bütün növ avtomobillərin hərəkəti dayandırılıb.

Eyni zamanda, Türkiyə sərhədinə gedən yolun Qomi-Saçxare-Çiatura-Zestafoni magistralında da eyni vəziyyətdir.

Hazırda yollarda avtomobil karvanının uzunluğu 30 kilometrə çatır.

Yollarda Azərbaycan, Ukrayna, Rusiya və Türkiyəyə məxsus yüzlərlə avtomobil dayanıb.

Bu avtomobillərin çoxu Ermənistana məxsusdur. Ermənistana gedən və geri qayıdan yük avtomobillərinin sayı, ümumi maşın karvanının 70 faizini təşkil edir.

Gürcüstanın Ətraf Mühit Milli Agentliyindən bildirilib ki, kəskin hava şəraiti fevralın 8-i günün sonunadək davam edəcək.

Qeyd edək ki, Gürcüstanın Qara dəniz bölməsində də 4-5 ballıq qasırğa ilə bağlı xəbərdarlıq olunub.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.