DÜNYA


Gürcüstandan Rusiyaya gedən avtomagistral yük avtomobilləri üçün bağlanıb

Tbilisi, 9 fevral, AZƏRTAC

Güclü qar yağması, yolların buz bağlaması və qar uçqunu təhlükəsi səbəbindən Gürcüstandan Rusiyaya gedən və hərbi yol kimi tanınan Kazbek-Yuxarı Lars avtomobil magistralı yük, qoşqulu və yarım qoşqulu avtomobillər üçün bağlanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Regional İnkişaf Nazirliyinin Avtomobil Yolları Departamenti məlumat yayıb. Məlumatda deyilir ki, Mtsxeta-Stepantsminda–Lars magistralının Kobi-Qudauri hissəsi qoşqulu və yarım qoşqulu avtomobillər üçün bağlanıb. Departament qonşu ölkələrdən gələn yük maşınlarına alternativ yollardan istifadə etməyi məsləhət görür. Digər yüngül və minik avtomobilləri yol polisinin nəzarəti altında hərəkət edə bilirlər. Dağ yamaclarında qar uçqunu ehtimalı olduğu üçün axşamlar həmin avtomobillərin də hərəkətinə məhdudiyyətlər qoyulacağı gözlənilir.

Sinoptiklər fevralın 9-10-11-də Gürcüstan ərazisində havanın yağıntılı keçəcəyi barədə məlumat yayıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.