CƏMİYYƏT
Gürcüstandan daha 250-yə yaxın vətəndaş Azərbaycana təxliyə olunub
Tbilisi, 22 yanvar, AZƏRTAC
Yanvarın 22-də Gürcüstandan daha 250-yə yaxın vətəndaş Azərbaycana təxliyə olunub.
Onların arasında Azərbaycanla yanaşı, Gürcüstan vətəndaşları da var.
Təxliyə olunanlar ötən gün koronavirus testindən keçiblər və heç birində COVID-19 təsdiqlənməyib. Onlara Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları tərəfindən arayış təqdim olunub.
Qeyd edək ki, Gürcüstandan Azərbaycana son təxliyə bu il yanvarın 15-də həyata keçirilib. Pandemiya səbəbindən Gürcüstanı tərk edə bilməyən 218 Azərbaycan vətəndaşı səfirliyin xətti ilə Vətənə yola salınıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.04.2024 [13:58]
Sabah ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçəcək
- 20.04.2024 [13:54]
Bakıda növbəti ümumşəhər iməciliyi keçirilib VİDEO
- 20.04.2024 [13:43]
Əməkdar artist Cavanşir Məmmədov vəfat edib
- 20.04.2024 [13:05]