İQTİSADİYYAT


Gürcüstandan ixrac olunan şaftalının 14,6 faizi Azərbaycanın payına düşüb

Bakı, 10 iyul, AZƏRTAC

İyulun 5-i vəziyyətinə Gürcüstandan 4,4 min ton şaftalı ixrac edilib ki, ötən ilin analoji dövrü ilə müqayisədə 3,5 min ton çoxdur.

AZƏRTAC Gürcüstan saytlarına istinadla xəbər verir ki, ixracın 14,6 faizi Azərbaycanın payına düşüb. İxracın böyük hissəsi isə Rusiyaya (66,5 faiz) olub. Gürcüstandan ixrac, həmçinin Ukrayna, Qazaxıstan, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə də həyata keçirilib.

Qeyd edək ki, 2017-ci ildə Gürcüstandan 4,3 milyon dollarlıq şaftalı ixrac edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.