SİYASƏT


Gürcüstanın 24news.ge internet televiziyası Ulu Öndərin həyat və fəaliyyəti barədə veriliş yayımlayıb

Tbilisi, 11 may, AZƏRTAC

Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) Gürcüstan üzrə xüsusi müxbiri bu ölkədə geniş oxucu və tamaşaçı auditoriyasına malik 24news.ge internet televiziyasının “Sərbəst müzakirə” verilişində iştirak edib.

AZƏRTAC-ın xüsusi müxbiri Xətayi Əzizov və Gürcüstan parlamentinin sabiq deputatı, siyasi şərhçi Ruslan Hacıyev jurnalist Azər Məmmədovun Azərbaycanın ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı suallarını cavablandırıb və fikirlərini bölüşüblər.

Veriliş zamanı tamaşaçılara Ulu Öndərin siyasi fəaliyyəti, Gürcüstana olan dost münasibəti, Azərbaycan və gürcü xalqlarının rifahı naminə atdığı addımlar, dünya miqyaslı dövlət və siyasi xadim Heydər Əliyevin təşəbbüsü və ciddi səyləri, eləcə də Gürcüstanın sabiq Prezidenti Eduard Şevardnadzenin dəstəyi nəticəsində regionda həyata keçirilən enerji, nəqliyyat layihələrinin əhəmiyyəti barədə ətraflı məlumat verilib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.