Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Gürcüstanın ABŞ-da və Kanadada sabiq səfiri Tedo Caparidzedən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

İcazə verin, ad gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edim. Böyük ölkənizin bəxti gətirib ki, əsası Sizin atanız, haqlı olaraq hamının hörmətini və ehtiramını qazanmış müdrik siyasi xadim Heydər Əlirza oğlu Əliyev tərəfindən qoyulmuş quruculuq və yaradıcılıq ənənələrini şərəflə davam etdirən belə bir lideri var. Bu ənənələrdən biri də ölkələrimizin və xalqlarımızın möhkəm dostluğudur. Bu dostluğun inkişaf etdirilməsi və möhkəmləndirilməsi bizim daha yaxşı, daha güclü olmağımıza kömək edir.

Sizə və ailənizə cansağlığı və firavanlıq arzulayıram. Ən xoş diləklərimi qəbul edin.

Dərin hörmətlə,

Tedo Caparidze

Gürcüstanın ABŞ-da və Kanadada sabiq səfiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin