CƏMİYYƏT


Gürcüstanın Acarıstan Muxtar Respublikasının nümayəndə heyəti Qida Təhlükəsizliyi İnstitutunda olublar

Bakı, 20 may, AZƏRTAC

Qida Təhlükəsizliyi İnstitutunda Gürcüstanın Acarıstan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Giorgi Surmanidzenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə ölkələrimiz arasında qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahəsində uğurlu əməkdaşlıq əlaqələrinın qurulmasından, eyni zamanda institutun fəaliyyət istiqamətinə uyğun olaraq beynəlxalq təşkilatlarla əməkdaşlıq münasibətlərindən bəhs olunub. Bundan əlavə, institutun nəzdində fəaliyyət göstərən laboratoriyaların maddi-texniki bazasının gücləndirilməsi, modernləşdirilməsi və beynəlxalq tələblərə uyğunlaşdırılması istiqamətində görülən işlər haqda ətraflı məlumat verilib, beynəlxalq səriştəlilik sınaqlarında nəzərəçarpacaq nailiyyətlərin əldə olunması diqqətə çatdırılıb.

Qida Təhlükəsizliyi İnstitutunun fəaliyyətini yüksək dəyərləndirən nazir Giorgi Surmanidze əməkdaşlığın genişləndirilməsində, xüsusən heyvan sağlamlığı sahəsində elmi-praktik məlumatların mübadiləsində maraqlı olduqlarını vurğulayıb.

Görüş çərçivəsində qonaqlar institutun laboratoriyaları ilə də yaxından tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.