CƏMİYYƏT


Gürcüstanın Axaltsixi bölgəsində yaşayan Azərbaycan vətəndaşları ilə görüş olub

Tbilisi, 10 avqust, AZƏRTAC

Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları bu ölkənin Axaltsixi bölgəsində yaşayan Azərbaycan Respublikasının vətəndaşları – mesxeti türkləri ilə görüşüblər.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, görüşdə səfirliyin birinci katibləri Seymur İlyaslı, İmran Mustafayev və konsul Ramel Lətifov iştirak ediblər.

Görüşdə əsasən vətəndaşlarımızın üzləşdikləri problemlər, onların həlli yolları, azərbaycanlıların inteqrasiyası, dil və s. məsələlər diqqət mərkəzində olub.

Diplomatlar bildiriblər ki, Azərbaycan dövləti harada yaşamasından asılı olmayaraq bütün vətəndaşlarımıza, soydaşlarımıza diqqət və qayğı göstərir. Bu görüşün təşkili də söylənilənlərin bariz nümunəsidir.

Vətəndaşlar diqqət və qayğıya görə, Azərbaycan dövlətinə və səfirliyin əməkdaşlarına minnətdarlıq ediblər.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.