CƏMİYYƏT


Gürcüstanın Azərbaycan ilə sərhəddə məhdudiyyətlər tətbiq etməsi barədə məlumatlar həqiqəti əks etdirmir

Tbilisi, 27 fevral, AZƏRTAC

Gürcüstan hökumətinin sərhəd keçid məntəqələrində Azərbaycandan gediş-gəlişə müvəqqəti məhdudiyyətlər tətbiq etməsi barədə məlumatlar düzgün deyil və həqiqəti əks etdirmir.

Bu məlumatı AZƏRTAC-a Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov verib.

Diplomat deyib ki, Azərbaycan ilə Gürcüstan arasında hava və quru sərhəd keçid məntəqələri öz qaydasında, gündəlik iş rejimində və qanuna uyğun fəaliyyət göstərir.

Azərbaycan vətəndaşlarına Gürcüstanda sərhədində heç bir məhdudiyyət tətbiq edilmir.

Məhdudiyyət yalnız, son iki həftə ərzində İran İslam Respublikası ərazisində səfərdə olmuş bütün şəxslərə tətbiq olunur.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.