İQTİSADİYYAT
Gürcüstanın Azərbaycana 7,26 milyon dollar borcu var
Tbilisi, 15 iyul, AZƏRTAC
Cari il iyulun 1-nə Gürcüstanın 5 milyard 438,04 milyon ABŞ dolları xarici borcu olub. Bu da aylıq müqayisədə 70,9 milyon dollar azdır.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Maliyyə Nazirliyi məlumat yayıb. Bildirilir ki, borcun 5 milyard 229,5 milyon dolları hökumətin payına düşür.
Hesabat dövründə Gürcüstanın Azərbaycana borcu da azalıb. İyulun 1-nə qonşu ölkənin Azərbaycana borcu aylıq müqayisədə 166 min dollar azalaraq 7 milyon 269 min dollar təşkil edib.
Gürcüstanın ən çox borcu Almaniyayadır (317,04 milyon dollar). Siyahıda 241,01 milyon dollarla ikinci yerdə Fransa, 218,84 milyon dollarla Yaponiya isə üçüncü sırada qərarlaşıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [16:26]
Keşlədə kustar üsullarla kütləvi saxta məhsullar hazırlayan sex aşkar edilib
- 19.04.2024 [16:10]
“AzInTelecom” BMT-nin Qlobal Sazişinə qoşulub
- 19.04.2024 [15:45]
Azərbaycanın Rumıniya ilə hazırladığı layihə NATO tərəfindən təsdiqlənib
- 19.04.2024 [15:35]
Bakı hava limanı yenidən “Skytrax” mükafatına layiq görülüb
- 19.04.2024 [14:58]
® “Azercell” Böhran İdarəetmə Qrupu layihəsini elan edir
- 19.04.2024 [14:41]