İQTİSADİYYAT


Gürcüstanın Azərbaycana 7,4 milyon dollar borcu var

Tbilisi, 13 mart, AZƏRTAC

Gürcüstanın Azərbaycana olan dövlət borcu azalıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Maliyyə Nazirliyinin aylıq hesabatında deyilir.

Bildirilir ki, bu il fevralın 28-nə Gürcüstanın Azərbaycana 7 milyon 435 min dollar borcu var. Yanvar ayı ilə müqayisədə qonşu ölkənin Azərbaycana olan borcu 384 min dollar azalıb.

Ümumiyyətlə fevralda Gürcüstanın ümumi xarici dövlət borcu aylıq müqayisədə 18 milyon 549 min dollar azalaraq 5 milyard 448,1 milyon dollar təşkil edib. Bu məbləğin 5 milyard 280,3 milyon dolları hökumətin payına düşür.

Qonşu ölkənin ən çox borcu olduğu ölkələrin ilk üçlüyündə Almaniya (323,7 milyon dollar), Fransa (252,4 milyon dollar) və Yaponiya (213,3 milyon dollar) qərarlaşıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.