İQTİSADİYYAT


Gürcüstanın Azərbaycana 7,8 milyon dollar borcu var

Tbilisi, 13 fevral, AZƏRTAC

Yanvarın 31-nə Gürcüstanın ümumi xarici dövlət borcu 5,4 milyard ABŞ dolları olub. Bunun da 5,2 milyard dolları hökumətin payına düşür.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Maliyyə Nazirliyinin aylıq hesabatında bildirilir. Məlumata görə, Gürcüstanın Azərbaycana borcu 7,8 milyon dollar təşkil edir.

Gürcüstanın ən çox borcu olan xarici ölkə Almaniyadır (324,8 milyon dollar). İkinci sırada 253,3 milyon dollarla Fransa, üçüncü yerdə 215,3 milyon dollarla Yaponiyadır.

Qonşu ölkənin Türkiyəyə 15 milyon dollar, Rusiyaya isə 61,3 milyon dollar borcu var.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.