İQTİSADİYYAT


Gürcüstanın Azərbaycana 8 milyon dollara yaxın borcu var

Tbilisi, 12 oktyabr, AZƏRTAC

Gürcüstanın Maliyyə Nazirliyi ölkənin xarici dövlət borcları barədə statistik məlumatları açıqlayıb.

AZƏRTAC nazirliyə istinadla xəbər verir ki, Gürcüstanın ümumi xarici dövlət borcu 2018-ci ilin avqust ayı ilə müqayisədə 28,478 milyon ABŞ dolları azalaraq sentyabr ayında 5 milyard 140 milyon 98 min dollar olub. Bu məbləğin 5 milyard 14 milyon 525 mini hökumətin payına düşür.

Hesabat dövründə Gürcüstanın Azərbaycana olan borcu 7 milyon 976 min dollar təşkil edib.

Qonşu ölkənin Almaniyaya 276, 966 milyon dollar, Yaponiyaya 207, 807 milyon dollar, Fransaya 192, 976 milyon dollar, Türkiyəyə 15,297 milyon dollar, Rusiyaya 63,567 milyon dollar borcu var.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.