DÜNYA


Gürcüstanın Baş Naziri ilə ABŞ Prezidentinin müşaviri regional təhlükəsizlik məsələlərini müzakirə ediblər

Tbilisi, 23 sentyabr, AZƏRTAC

Gürcüstanın Baş Naziri Giorgi Qaxariya ilə ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Robert O”Brayn arasında telefon danışığı olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Baş Nazirin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, söhbət zamanı Gürcüstan ilə ABŞ arasında strateji tərəfdaşlığın inkişaf perspektivləri, ikitərəfli əməkdaşlıq, eləcə də regiondakı vəziyyət, əsasən da təhlükəsizliyə təhdid məsələləri diqqət mərkəzində olub.

Tərəflər, həmçinin Gürcüstanın Avroatlantik məkana inteqrasiyası məsələsi, eləcə də oktyabrda keçiriləcək parlament seçkiləri barədə fikir mübadiləsi aparıblar.

Bu seçkilərin demokratik, azad və şəffaf keçirilməsinin vacibliyi vurğulanıb.

G.Qaxariya ABŞ Prezidentinin müşavirini Gürcüstana rəsmi səfərə dəvət edib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.