DÜNYA


Gürcüstanın Baş Naziri və ABŞ dövlət katibi regional təhlükəsizlik məsələlərini müzakirə ediblər

Tbilisi, 28 iyul, AZƏRTAC

Gürcüstanın Baş Naziri Giorgi Qaxaria ilə ABŞ-ın dövlət katibi Mayk Pompeo arasında telefon danışığı olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Baş Nazirinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, söhbət zamanı iki ölkə arasında strateji tərəfdaşlığın inkişaf perspektivləri, oktyabrın sonlarında Gürcüstanda keçiriləcək parlament seçkilərinə hazırlıq, koronavirus pandemiyasına qarşı mübarizə məsələləri diqqət mərkəzində olub. Pandemiya ilə əlaqədar təxirə salınan ABŞ-Gürcüstan strateji tərəfdaşlıq Xartiyasının növbəti iclası barədə fikir mübadiləsi aparılıb. Tərəflər iclasın ilin sonunda keçiriləcəyinə ümidvar olduqlarını bildiriblər.

Telefon söhbəti zamanı regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb. M.Pompeo ABŞ hökumətinin regionda gedən prosesləri diqqətlə izlədiyini və bölgədə sülhün təmin edilməsində maraqlı olduğunu bildirib.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.