Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvilidən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri,

Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar arzulayıram.

Gürcüstan ilə Azərbaycan Respublikası arasında mövcud olan, dostluğa, həmrəyliyə və qarşılıqlı ehtirama söykənən əlaqələri biz yüksək qiymətləndiririk. Bu əlaqələr regionda sülhə, sabitliyə və iqtisadi rifaha töhfə verməkdədir.

İnanıram ki, bizim yaxın əlaqələrimiz, qarşılıqlı əməkdaşlığımız, ümumi məqsədlərimiz daha da inkişaf edəcəkdir.

Bir daha Sizə öz dərin ehtiramımı ifadə edir və bütün işlərinizdə uğurlar diləyirəm.

 

Hörmətlə,

Giorgi Kvirikaşvili

Gürcüstanın Baş naziri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin