SİYASƏT


Gürcüstanın Baş naziri: Prezident İlham Əliyev ölkəsinin və xalqının firavanlığını düşünən müdrik Liderdir

Tbilisi, 21 sentyabr, AZƏRTAC

Azərbaycanlıların çox müdrik Lideri var. Mənim də Prezident İlham Əliyevə dərin hörmətim var. Prezident İlham Əliyev ölkəsinin inkişafı və xalqının firavanlığını düşünən müdrik Liderdir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Qaribaşvili söyləyib.

Baş nazir Gürcüstanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında əldə olunan humanitar razılaşmadan da məmnunluğunu bildirib. O deyib: “Bu təşəbbüs mənə məxsus olub. Çox şadam ki, son 30 ildə Gürcüstan Azərbaycan ilə Ermənistan arasında uğurlu vasitəçilik etdi və ilk presedent yaradıldı. Prosesə cəlb olunan amerikalı dostlarımıza minnətdaram. Biz bunu bir yerdə həyata keçirdik”.

Qeyd edək ki, bu il iyunun 12-də Ermənistanın Ağdam rayonu üzrə tank və piyada əleyhinə 97 min minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etməsi müqabilində, saxlanılan 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilib.

Bu proses Gürcüstan Baş nazirinin təşəbbüsü ilə həyata keçirilib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.