DÜNYA


Gürcüstanın Baş naziri: Prezident seçkilərinin ikinci turu yüksək səviyyədə təşkil olunacaq

Tbilisi, 2 noyabr, AZƏRTAC

Gürcüstanda prezident seçkilərinin ikinci turu hakim partiyanın əvvəlcədən müəyyən etdiyi qaydalar əsasında və yüksək standartlara uyğun təşkil olunacaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri Mamuka Baxtadze jurnalistlərə müsahibəsində deyib.

Hökumət başçısının sözlərinə görə, “Gürcü arzusu-demokratik Gürcüstan” partiyası və hakimiyyətdəki siyasi komanda 2012-ci ildən Gürcüstanda sülh və təhlükəsizliyi təmin edir. “Heç kim ölkənin ictimai həyatına narahatçılıq gətirə bilməz, buna heç kim ümid etməsin”, - deyə Baxtadze vurğulayıb.

Məlumat üçün qeyd edək ki, prezident seçkilərinin ikinci turunda hakim partiyanın dəstəklədiyi Salome Zurabişvili mübarizə aparacaq. Onun əsas rəqibi müxalifət düşərgəsinin namizədi Qriqol Vaşadzedir.

Birinci turda S.Zurabişvili 38,64 faiz, Q.Vaşadze isə 37,74 faiz səs toplayıblar.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.