DÜNYA


Gürcüstanın Baş nazirinə yeni müavinlər təyin olunub

Tbilisi, 12 iyul, AZƏRTAC

Gürcüstanın Baş naziri İrakli Qaribaşviliyə iki yeni müavin təyin olunub.

AZƏRTAC xəbər verir ki, o, bu barədə hökumətin iyulun 12-də keçirilən iclasında bildirib.

Qeyd edib ki, bu gündən müavin postlarını mədəniyyət, idman və gənclər naziri Tea Tsulukiani və ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Levan Davitaşvli tutacaqlar.

Bununla da İ.Qaribaşvilinin müavinlərinin sayı 3-ə çatıb.

Xatırladaq ki, xarici işlər naziri David Zalkaliani də Baş nazirin müavinidir.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.