DÜNYA


Gürcüstanın Dmanisi rayonu ərazisində yenidən zəlzələ qeydə alınıb

Tbilisi, 11 iyul, AZƏRTAC

İyulun 11-də Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsinin Dmanisi rayonunun Sameba kəndi yaxınlığında növbəti dəfə zəlzələ qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Yer Elmləri İnstitutu və Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.

Bildirilir ki, yeraltı təkanlar yerli vaxtla saat 14:42-də Dmanisidən 26 km cənub-qərbdə, Sameba kəndi yaxınlığında 3,8 (ML) bal gücündə olub.

Qeyd edək ki, son günlər Dmanisidə çox sayda zəlzələ baş verib. Amma bugünkü yeraltı təkanlar ən güclüsü olub.

Məlumata görə, bu son həftə ərzində qeydə alınan 8-ci, iyunun 25-dən bu günədək isə 11-ci zəlzələdir.

Zəlzələ nəticəsində dağıntı və tələfat olmasa da əhali arasında narahatlıq yaşanır. Bəzi insanlar yeraltı təkanların gücünün artmasından narahatdırlar.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.