CƏMİYYƏT


Gürcüstanın Dövlət naziri Marneulidə azərbaycanlı gənclərlə görüşüb

Tbilisi, 24 oktyabr, AZƏRTAC

Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət naziri Ketevan Tsixelaşvili Marneulidə azərbaycanlı gənclərlə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə gənclərə Gürcüstanın inkişafı, ölkənin sülh siyasəti barədə məlumat təqdim olunub.

Azərbaycanlı gənclər mövzu ilə bağlı fikirlərini bölüşüblər. Sonra K.Tsixelaşvili gəncləri maraqlandıran sualları cavablandırıb.

Dövlət naziri qeyd edib ki, hər bir vətəndaşın ölkənin həyata keçirdiyi sülh təşəbbüsləri barədə məlumatlı olması olduqca vacibdir. Belə görüşlər vaxtaşırı keçirilməlidir.

K.Tsixelaşvili deyib: “Mənim üçün gəncləri məlumatlandırmaqla yanaşı, onların fikirləri ilə tanış olmaq da çox əhəmiyyətlidir. Sülh prosesində ictimai diplomatiya və vətəndaş iştirakı çox vacibdir. Əksər hallarda maraqlı ideya və layihələr gənclər tərəfindən irəli sürülür”.

Görüşdə Marneuli şəhərinin meri Zaur Dargallı, Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət nazirinin rəsmi şəxsləri Eliso Lomidze və Ayaz Məmmədov da iştirak ediblər.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.