DÜNYA


Gürcüstanın Dzidziquri mədənində fəhlələr 300 metr dərinlikdə aksiya keçirirlər

Tbilisi, 3 noyabr, AZƏRTAC

Gürcüstanın Tkibuli regionundakı Dzidziquri mədənində 25-ə yaxın şaxtaçı noyabrın 3-də səhər tezdən şaxtaya enərək 300 metr dərinlikdə etiraz aksiyasına başlayıblar.

AZƏRTAC xəbər verir ki, şaxtaçılar hökumətdən mədəndə istehsalat prosesinin tam təmin olunmasını, təhlükəsizlik normalarına ən yüksək səviyyədə əməl olunmasını tələb edirlər.

Şaxtaçı Xviça Qabyniya deyib ki, hökumət onların tələblərini yerinə yetirməyənə qədər şaxtadan çıxmayacaqlar.

Dzidziquri mədəninin qalan fəhlələri noyabrın 4-də Tkibuli şəhər meriyası qarşısında aksiyaya başlayacaqlar.

Məlumat üçün qeyd edək ki, 2018-ci il aprelin əvvəlində Gürcüstanın Tkibuli şəhərindəki Mindeli mədənində tunelin yan divarlarının çökməsi nəticəsində 6 fəhlə həlak olmuşdu. Həmin il iyunun 3-də isə daha bir qəza nəticəsində 2 fəhlə həyatını itirmişdi.

Xətayi Əzizov

AZƏRTC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.