RƏSMİ SƏNƏDLƏR


Gürcüstanın “Georgian Industrial Group” şirkətinin Direktorlar Şurasının sədri David Bejuaşvilidən və Direktorlar Şurasının üzvü Qela Bejuaşvilidən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

İcazə verin, Sizi yubileyiniz münasibətilə ürəkdən təbrik edək. Sizə və ailənizə möhkəm cansağlığı, firavanlıq, daha güclü Azərbaycan naminə fəaliyyətinizdə uğurlar, tükənməz enerji arzulayırıq.

Biz uzun illərdir ki, dost və qardaş Azərbaycan xalqının uğurlarını sevinclə izləyirik. Ölkənin ərazi bütövlüyünün bərpasında xidmətləriniz tarixi əhəmiyyət kəsb edir. Ədalətin bərpası, layiqli sülhün əldə olunması Sizin liderliyinizin, əzmkarlığınızın nəticəsi, bütün Azərbaycan xalqının tarixi xidmətidir.

Biz Ümummilli Lider Heydər Əliyevin ölkənin qurulmasında, onun müasir, güclü və layiqli dövlətə çevrilməsində tarixi rolunu xatırlayır və yüksək qiymətləndiririk. Siz, cənab Prezident, ölkənin ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etməklə atanız Heydər Əliyevin arzusunu və həyatının amalını reallaşdırmağa nail oldunuz. Xalqınıza xidmətdə göstərdiyiniz cəsarət və qətiyyətə görə Sizə dərin ehtiramımızı bildiririk.

Azərbaycanın bundan sonra da dinc şəraitdə inkişaf etməsini arzulayırıq. Əminik ki, Sizin rəhbərliyinizlə Azərbaycan daim yeni uğurlar qazanacaq və işıqlı ümidlər, geniş imkanlar ölkəsi kimi qalacaqdır.

Yubileyiniz mübarək, hörmətli Prezident!

Bir daha Sizə və ailənizə ən xoş arzularımızı bildiririk.

Dərin hörmətlə,

 
David Bejuaşvili
Gürcüstanın “Georgian Industrial Group”şirkətinin Direktorlar Şurasının sədri,
 
Qela Bejuaşvili
Direktorlar Şurasının üzvü

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin