DÜNYA


Gürcüstanın Kutaisi şəhərində yeni beynəlxalq universitet tikilir

Tbilisi, 20 sentyabr, AZƏRTAC

Gürcüstanın Kutaisi şəhərində yeni ali təhsil ocağı – Kutaisi Beynəlxalq Universiteti tikilir.

AZƏRTAC xəbər verir ki, universitet 2020-ci ildən tələbə qəbuluna başlayacaq.

Gürcüstan Baş nazirinin təhsil məsələləri üzrə müşaviri Mixail Çxenkeli bildirib ki, universitet 153 hektar ərazini əhatə edəcək. Layihənin müəlliflərinə görə, ərazisinin 80 hektarı meşəlik ərazi olacaq təhsil müəssisəsi dünyanın ən yaşıl universitetlərindən birinə çevriləcək. Altmış min tələbə üçün nəzərdə tutulmuş universitetdə Almaniya, Yaponiya, ABŞ və digər ölkələrdən dəvət olunmuş alim və mütəxəssislər mühazirələr oxuyacaq.

Universitetin rəhbəri Münxen Texniki Universitetinin prezidenti, professor Volfqanq Xermandır.

Universitetdə Azərbaycan, Türkiyə, Rusiya, Ukrayna və digər ölkələrindən tələbələr təhsil ala biləcəklər.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.