CƏMİYYƏT


Gürcüstanın Kvemo Kartli - Borçalı bölgəsində təbii artım iki dəfə yüksəlib

Tbilisi, 2 oktyabr, AZƏRTAC

Gürcüstanda bu ilin birinci yarısında boşanmaların sayı 5 mini ötüb. Bu göstərici 2017-ci ilin eyni dövrü ilə müqayisədə 2,8 faiz çoxdur.

AZƏRTAC Gürcüstan Milli Statistika Xidmətinə istinadla xəbər verir ki, ən çox boşanma Tbilisidə qeydə alınıb – 1,9 min nəfər. Azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli – Borçalı bölgəsində isə 506 boşanma faktı qeydə alınıb.

Eyni zamanda, 6 ayda bağlanan nikah müqavilələrinin sayı 1,9 faiz azalaraq 10 min 300 təşkil edib. Cari ilin birinci yarısında Tbilisidə 2,9 min nikah müqaviləsi bağlanıb. Kvemo Kartli - Borçalı bölgəsində ailə quran azərbaycanlıların sayı isə 1220 nəfər olub. Bölgə bu göstərici üzrə ölkədə ikinci yerdədir.

Statistika Xidmətinin məlumatına görə, cari ilin yanvar-iyun aylarında Kvemo Kartli – Borçalı bölgəsində yeni doğulanların sayı 2 min 896, ölənlərin sayı isə 2 min 222 nəfər təşkil edib. 2017-ci ilin eyni dövrü ilə müqayisədə bölgə əhalisi arasında təbii artım iki dəfə yüksəlib. Ötən ilin birinci yarısında bu göstəricisi 336 nəfər olub.

Bu il yanvarın 1-nə olan məlumata görə, Gürcüstanda 3 milyon 729 min nəfər yaşayır. Əhalinin 48 faizi kişilər, 52 faizi isə qadınlardır. Kişilər orta hesabla 35, qadınlar isə 40 yaşında nikaha girirlər. Demoqraf Avtandil Sulaberidze mətbuata açıqlamasında deyib ki, gürcülər Avropa təcrübəsinə əsaslanaraq gec evlənməyi üstün tuturlar.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.