DÜNYA
Gürcüstanın Kvemo Kartli bölgəsində süd zavodları tikiləcək
Tbilisi, 8 mart, AZƏRTAC
Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Kvemo Kartli bölgəsində yeni yeyinti sənaye müəssisələri - süd emalı zavodları inşa olunacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Levan Davitaşvili parlamentdə “nazir saatı” bölməsindəki çıxışı zamanı söyləyib.
Nazir deyib ki, tikintisinə bu il başlanılacaq zavodlar Kvemo Kartli bölgəsinin Dmanisi və Tsalka rayonlarında dövlət proqramı çərçivəsində tikiləcək. Yeni zavodlar bölgənin iqtisadi inkişafında və əhalinin işlə təmin olunmasında mühüm rol oynayacaq.
Müəssisələrdə sutkada 10 tona qədər məhsul istehsal edəcəklər. İstehsal olunan məhsullar dövlət proqramının tələblərinə cavab verən kənd təsərrüfatı kooperativlərinə güzəştli qiymətə satılacaq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [17:50]
İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]
Peter Siyarto Azərbaycana səfərə yola düşüb
- 24.04.2024 [14:18]
“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq
- 24.04.2024 [14:08]