Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Gürcüstanın Kvemo Kartli bölgəsinin qubernatoru Şota Rexviaşvilidən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Sizə möhkəm cansağlığı, uzun ömür, rifah və yeni-yeni uğurlar diləyirəm.

Ölkələrimizin strateji tərəfdaşlığı, böyük əhəmiyyət daşıyan ortaq layihələr, dövlətlərimiz arasındakı mehriban qonşuluq münasibətləri Gürcüstan və Azərbaycan xalqlarının çoxəsrlik dostluğunun və tolerantlığının əyani təsdiqidir. Biz bu münasibətləri Kvemo Kartli bölgəsinin timsalında aydın görürük.

Sizi bir daha təbrik edir və ən gözəl arzularımızı çatdırıram.

Hörmətlə,

 

Şota Rexviaşvili

Gürcüstanın Kvemo Kartli bölgəsinin qubernatoru

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin