CƏMİYYƏT


Gürcüstanın Laqodexi rayonunun Qabal kəndinin sakinləri Silahlı Qüvvələrə Yardım Fonduna ianə ediblər

Tbilisi, 16 noyabr, AZƏRTAC

Gürcüstanın Laqodexi rayonunun Qabal kəndinin sakinləri Azərbaycana dəstəklərini və Silahlı Qüvvələrimizə yardımlarını davam etdirirlər.

AZƏRTAC xəbər verir ki, Qabal kəndinin sakinləri könüllülük əsasında topladıqları 12 min ABŞ dolları (39,600 lari) məbləğində vəsaiti Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna köçürüblər.

Qeyd edək ki, Gürcüstanın əsrarəngiz təbiətə, zəngin fauna və floraya, böyük iqtisadi potensiala, coğrafi və siyasi əhəmiyyətə malik regionlarından biri də Kaxeti bölgəsinin Laqodexi rayonudur. Kiçik Qafqaz sıra dağlarının ətəyində, Alazan çayının vadisində yerləşən Laqodexi Azərbaycanın Balakən rayonu ilə həmsərhəddir.

Qabal kəndi Laqodexidə azərbaycanlıların ən sıx yaşadıqları inzibati ərazi vahididir. Qabal çayının sağ sahilində yerləşən kəndin əhalisinin sayı 4 min nəfərə yaxındır.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.