DÜNYA


Gürcüstanın Lentexi bölgəsi təbii fəlakətin qurbanına çevrilib

Tbilisi, 13 iyul, AZƏRTAC

Güclü leysan yağışları, qasırğa və dolu Gürcüstanın Lentexi bölgəsində ciddi fəsadlar törədib.

AZƏRTAC xəbər verir ki, bir neçə kəndlə yerüstü əlaqə tam kəsilib. Yüzlərlə insanın yaşadığı kəndlərə elektrik enerjisinin verilməsi dayanıb. Bu barədə mətbuata Lentexi rayon bələdiyyəsinin sədri Badri Liparteliani məlumat verib. O deyib ki, bələdiyyə ərazisinə gedən yol da dağılıb. Əlverişsiz hava şəraiti yolda bərpa işlərinin aparılmasına imkan vermir. Rayonun Tvibi, Xeledi, Babili, Karişi kəndlərinin yolları da dağılıb. Hazırda təbii fəlakət bölgəsinə ağır texnika cəlb olunub və bəzi yerlərdə bərpa işlərinə başlanılıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.