İQTİSADİYYAT


Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyi ölkədə “Avro 5” standartına keçidin təxirə salınmasını istəyir

Tbilisi, 17 sentyabr, AZƏRTAC

Gürcüstanda 2020-ci il yanvarın 1-dən yeni “Avro 5” standartının qüvvəyə minməsi ciddi problemlər yaradacaq.

AZƏRTAC xəbər verir ki, bu fikir Gürcüstanın biznes ombudsmanı İrakli Lekvinadzenin ölkənin neft məhsulları idxal edən şirkətlərin nümayəndələri ilə görüşündə səslənib.

Görüşdə Gürcüstanda 2020-ci il yanvarın 1-dən etibarən dizel yanacağının keyfiyyəti ilə yeni standartların, xüsusən də “Avro 5” standartının tətbiqi məsələsi ciddi müzakirə olunub.

Bildirilib ki, 2020-ci il yanvarın 1-də yeni “Avro 5” standartı qüvvəyə minərsə, bu, ciddi problemlər yaradacaq. 2020-2021-ci illərdə Azərbaycandan Gürcüstana dizel yanacağının idxalı tam məhdudlaşacaq.

Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyi bu və digər mühüm məsələləri nəzərə alaraq ölkədə “Avro 5” standartına keçidin bir il müddətinə təxirə salınmasını təklif edib.

Biznes ombudsman Gürcüstanda “Avro 4” dizel yanacağının istifadəsinə birillik moratoriumun tətbiq olunması təklifini dəstəklədiyini bildirib.

Onun sözlərinə görə, Gürcüstana idxal olunan dizel yanacağının 40 faizi Azərbaycanın payına düşür və yeni standartın tətbiqindən sonra idxalın bu hissəsi tam olaraq məhdudlaşacaq.

İ.Lekvinadze deyib: “Bizim aparat Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyi və Azərbaycan Dövlət Neft Şirkəti ilə əlaqə saxlayıb. Biz məsələ ilə bağlı təkliflər hazırlayacağıq. Bu gün özəl sektordan aldığımız məlumat bu məsələnin yüksək səviyyədə qaldırılması üçün yaxşı zəmin yaradır”.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.