Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Gürcüstanın Prezidenti Giorgi Marqvelaşvilidən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Vurğulamaq xoşdur ki, Azərbaycan xalqı müstəqil və oturuşmuş dövlət quruculuğu yolunda müxtəlif çağırışların öhdəsindən uğurla gəlib. Şadam ki, bu gün sürətlə inkişaf edən ölkənizin beynəlxalq aləmdə böyük nüfuza malik olmasının şahidiyik. Əminəm ki, strateji tərəfdaşlar olan Gürcüstan ilə Azərbaycan arasında əsrlər boyu davam edən dostluq və sıx əməkdaşlıq münasibətləri birgə səylərimiz nəticəsində xalqlarımızın mənafeyi naminə daha da inkişaf edəcək və genişlənəcək.

Bu xoş fürsətdən istifadə edərək, Gürcüstanın suverenliyinə və ərazi bütövlüyünə daim göstərdiyiniz dəstəyə görə Sizə minnətdarlığımı bildirmək istərdim.

Zati-aliləri, Sizə ən dərin ehtiramımı ifadə edir və dost Azərbaycan xalqına əmin-amanlıq, sabitlik və rifah arzulayıram.

Hörmətlə,

 

Giorgi Marqvelaşvili

Gürcüstanın Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin