CƏMİYYƏT


Gürcüstanın RONDELİ Fondu Azərbaycanın Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi ilə qarşılıqlı əməkdaşlıqda maraqlıdır

Tbilisi, 13 sentyabr, AZƏRTAC

Azərbaycan ilə Gürcüstan arasında əlaqələrin bütün sahələrdə inkişaf etdirilməsi üçün geniş imkanlar var. Gürcüstanın Strateji və Beynəlxalq Araşdırmalar Fondu (RONDELİ Fondu) bu imkanlardan daha səmərəli istifadə etmək üçün Azərbaycanın Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) birgə qarşılıqlı əməkdaşlıq edəcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri RONDELİ Fondunun prezidenti Ekaterina Metreveli jurnalistlərə açıqlamasında söyləyib.

Fond sədri deyib: “Biz azərbaycanlı tərəfdaş və həmkarlarımızla məhsuldar və maraqlı müzakirələr apardıq. Əməkdaşlığımızı bundan sonra daha da inkişaf etdirmək barədə razılıq əldə etdik”.

Onun sözlərinə görə, BMTM ilə energetika, nəqliyyat dəhlizləri, təhlükəsizlik məsələləri, mədəni və humanitar sahələrdə əməkdaşlığın yeni istiqamətləri müəyyən olunub və hər iki qurumun gələcək fəaliyyəti bu istiqamətlər üzrə davam edəcək.

“Əsas əməkdaşlıq istiqamətləri sentyabrın 13-də RONDELİ Fondu ilə BMTM arasında Tbilisidə imzalanmış memorandumda da əksini tapıb”, - deyə E.Metreveli vurğulayıb.

Fond rəhbəri əlavə edib ki, gələcəkdə BMTM ilə birgə konfransların təşkili, Gürcüstan, Azərbaycan və Türkiyənin beyin mərkəzlərinin üçtərəfli əməkdaşlığının davam etdirilməsi də nəzərdə tutulub.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.