DÜNYA


Gürcüstanın Rustavi şəhərində fəhlələr etiraz aksiyası keçiriblər

Tbilisi, 16 may, AZƏRTAC

Gürcüstanın Rustavi şəhərində metallurgiya zavodunun işçiləri mayın 16-da etiraz aksiyası keçiriblər.

AZƏRTAC xəbər verir ki, aksiya iştirakçıları əməkhaqlarının artırılması və iş şəraitinin yaxşılaşdırılması, təhlükəsizlik qaydalarına riayət olunmasını tələb ediblər.

Aksiyaya 100-dən çox fəhlə qatılıb.

Onlar əsasən əməkhaqlarının ən azı 1000 (min) lariyə qədər artırılmasını və iş saatının 12 saatdan 8 saata endirilməsini tələb edirlər.

Zavod əməkdaşları tələbləri yerinə yetirilməyənə qədər etiraz aksiyalarını davam etdirəcəklərini bildiriblər. Zavod rəhbərliyi isə hələlik tələblərin yerinə yetirilməsini mümkünsüz hesab edir.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.